<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>223</hymn_number>
<lyrics>[V1]
 Bu dünyada, bu həyatda
 Əbədi yaşaya bilməzsən.
 Ancaq orda, o Göylərdə
 Məsihlə yaşaya bilərsən.

[C1]
   O Göylərdə, o Göylərdə
   Məsihlə yaşaya bilərsən.
   Taparsan sevinc o Göylərdə,
   Ancaq Məsihlə o Göylərdə.

[V2]
 Bu dünya qaranlıq dünya,
 Müvəqqəti bir həyatdır.
 Əgər üz tutsan Məsihə,
 Onda Göylərdə olarsan.

[V3]
 Sülh axtaran Allaha gəlsin,
 Oğluna iman etsin.
 Həyatını İsaya versin,
 Tapar onda, həyat Göylərdə.</lyrics>
<title>Bu dünyada, bu həyatda İL223</title>
</song>